Qar da "Qarabağ"a mane olmadı 3:0

İDMAN
10:00 31.03.2014
897
Bakıdakı çovğunlu hava Topaz Premyer Liqasının 28-ci turunda keçirilməli olan "İnter" - "Rəvan" qarşılaşmasının təxirə salınmasına səbəb olub.AZXEBER.COM-un məlumatına görə, oyunun 11-ci dəqiqəsində baş hakim Elvin Əsgərov oyunu yarımçıq saxlayıb və matçın sabah saat 17:00-da yenidən keçirilməsinə qərar verilib. Qarşılaşma qaldığı vaxtdan davam edəcək."Qarabağ" - "Qəbələ" matçı isə baş tutub. İlk hissə qolsuz bərabərə qalsa da, 49-cu dəqiqədə Çumbinyo, 64-cü dəqiqədə isə Reynaldo qəbələliləri məyus edib. Oyunun başa çatmasına 3 dəqiqə qalmış Reynaldo dubl edib - 3:0.Beləliklə, 28 oyundan sonra xalını 61-ə çatdıraraq birinci sıradakı mövqeyini bir qədər də möhkəmləndirilib.“İnter” – “Rəvan” - (Təxirə salınıb)“Qarabağ” – “Qəbələ” - 3:0
OXŞAR XƏBƏRLƏR