Fevralın 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ölkə ərazisində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir.
Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 62, Qaxda (Sarıbaş) 50, Şəkidə 39, Qəbələ və Balakəndə 22, Kəlbəcər, Yardımlı, Daşkəsən və Şahbuzda 20, Qrız, Oğuz və Gədəbəydə 19, Lənkəran, Şahdağ və Naxçıvanda 16, Astarada 15, Neftçalada 14, Biləsuvar, Göygöl və Şuşada 12, Qobustan və Sədərəkdə 11, İmişli və Zərdabda 7, Cəlilabad və Göyçayda 6, Ağdam, Mingəçevir və Qubada 5, Ceyrançöl, Füzuli və Kürdəmirdə 4, Tovuz, Yevlax, Tərtər və Qusarda 3, Gəncə, Bərdə və Ağstafada 2, Goranboy, Naftalan, Ordubad, Şəmkir və Şərurda 1, Bakıda və Abşeron yarımadasında 6 sm-dir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində qarlı hava şəraitinin fevralın 24-ü gündüzədək davam edəcəyi gözlənilir.