Amerika Birləşmiş Ştatlarının şimal-şərq sahillərində növbəti qar fırtınası baş verib. Bölgə ötən həftə baş vermiş iki güclü qar fırtınasından sonra özünə gəlməyə macal tapmamış, yenidən çovğun baş verərək həyatı iflic edib. Massaçusets ştatında qar nəqliyyatın hərəkətini iflic edib, məktəblərin bağlanmasına səbəb olub.Corciya ştatında qar fırtınası evlərin damlarını uçurub, avtomobillərə ziyan vurub.