“Qara bazar”da dollar yenidən bahalaşdı - QİYMƏTLƏR
SOSİAL
10:17 16.02.2017
6956
Fevral ayının 16-da "qara bazar”da dollar yenidən bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dollar alışı 1.75-1.76 manata, satışı isə 1.79-1.80 manata yüksəlib. Bu isə son iki gündə 2,8% bahalaşma deməkdir.
Qeyd edək ki, son iki gündə "qara bazar”da dollar 1.73 manata alınıb, 1.76 manata satılırdı.