Qara Qarayev “Araz-Naxçıvan”dan getdi

Qara Qarayev “Araz-Naxçıvan”dan getdi
İDMAN
16:02 25.12.2025
202
"Araz-Naxçıvan" futbol klubu Qara Qarayevlə müqaviləyə xitam verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Təcrübəli yarımmüdafiəçi Qara Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "qırmızı-ağlar"ın heyətində çıxış edirdi.
OXŞAR XƏBƏRLƏR