Qara Qarayev: "Azarkeşlər üçün darıxmışıq"

Qara Qarayev: "Azarkeşlər üçün darıxmışıq"
İDMAN
20:40 13.07.2021
1216
"İki həftəlik təlim-məşq toplanışında artıq iki oyun keçirmişik. Məqsədimiz komanda oyunumuzu və futbolçular arasında əlaqəni yaxşılaşdırmaq, fiziki baxımdan hazır vəziyyətə gəlməkdir".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev klubun rəsmi saytına açıqlamasında Avstriyadakı təlim-məşq toplanışı barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırlıq istədikləri kimi gedir: "Toplanış çərçivəsində daha bir görüş keçirəcəyik. Bakıya qayıtdıqdan sonra Konfrans Liqasında "Aşdod”la oyunlara hazırlaşacağıq. Bu turnir yeni təcrübədir. Hədəfimiz "Qarabağ” adına layiqli mübarizə aparmaqdır. Uğurlu nəticə qazanmağa çalışacağıq. Yeni turnir olmasına baxmayaraq, komandaların səviyyəsi kifayət qədər yaxşıdır".

Təcrübəli oyunçu azarkeşlərin avrokubok matçlarına buraxılmasına da münasibət bildirib: "Çox sevindirici haldır ki, azarkeşlər tribunalara qayıdır. Onlar üçün çox darıxmışıq. Uzun müddətdir fanatlar olmadan oynayırıq. Fikrimcə, "Qarabağ”ın əsas güclərindən biri azarkeşləridir. Ümid edirəm ki, icazə verilən qədər azarkeş gələcək və bizi dəstəkləyəcək. Bu, bizim üçün çox önəmlidir. Dolu tribunalar qarşısında oynamaq üçün darıxmışıq. Azarkeşlərə qovuşmaq hissini yaşayacağıq".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı