Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

İDMAN
18:51 14.11.2022
254
"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan milli komandasına dəvət almamasına münasibət bildirib.

30 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında yığmada olmadığı üçün üzüldüyünü söyləyib.

Qarayev 10 il mütəmati olaraq yığmanın formasını geyindiyini xatırladıb: "Ölkəmi layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi eyni fikirdə qaldı. Onun fikirlərinə hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmağa çalışmışam".
OXŞAR XƏBƏRLƏR