'Qara qızıl'ın qiyməti qalxacaq - PROQNOZ

İQTİSADİYYAT
11:50 26.03.2012
1563
Dünya neft bazarında qiymətlər Hörmüz boğazı bağlanacağı təqdirdə 1 barel üçün 240 dollara qədər yüksələcək. 
Bunu ABŞ-ın Enerji və İqtisadiyyat Mərkəzi hesabat yayıb. Sənəddə bildirilir ki, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına çox mənfi təsir göstərəcək: «Hazırda dünya iqtisadiyyatı üçün ən böyük təhlükə neftin qiymətinin artması ilə bağlıdır. Bu, dünya iqtisadiyyatının inkişafına mənfi təsir göstərəcək».
Mərkəz İrana qarşı tətbiq olunan sanksiyaları da qeyd edərək bunun Kanada iqtisadiyyatına da mənfi təsirinin olacağını vurğulayıb: «Kanada dünyanın ən çox neft istehlak edən ölkələrindən biridir. Hörmüz boğazının bağlanması bu ölkənin də iqtisadiyyatına zərər vuracaq».
//APA

OXŞAR XƏBƏRLƏR