“Qarabağ” 1600 manat cərimələndi - Azarkeşlərinə görə

“Qarabağ” 1600 manat cərimələndi - Azarkeşlərinə görə
İDMAN
15:26 29.08.2018
5494
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AZXEBER.COM PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb. 

Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb. "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar.  Klub buna görə 1600 manat cərimə olunub.  

Oyunun 70-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. 
OXŞAR XƏBƏRLƏR