11:37 Cümə, 06 Dekabr 2019
İDMAN

"Qarabağ" 25 futbolçu sifariş etdi - Çempionlar Liqası

20:14, 20.07.20196386

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la (İrlandiya) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Baş məşqçi Qurban Qurbanov 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu olmaqla 25 futbolçu sifariş edib. Onların arasında yeni trandsferlər Rerrars Faysal və Maqaye Qeye də var:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər:  Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov 

Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. 

 

qol.az

XƏBƏR LENTİ