"Qarabağ" 500 min avroluq transferdən imtina etdi

"Qarabağ" 500 min avroluq transferdən imtina etdi
İDMAN
20:18 20.07.2018
12759
"Qarabağ” Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted” klubunun futbolçusu Lebohanq Maboeni transfer etməkdən imtina edib.

Bu barədə "Soccer Laduma" saytı məlumat yayıb.

CAR təmsilçisi 23 yaşlı hücumçuya 500 min avro qiymət qoyduğu üçün Ağdam klubu bu qərarı verib. "Qarabağ”la yanaşı Belçikanın "Ostende” klubu da Maboeni heyətinə qatmaq fikrindən daşınıb.
OXŞAR XƏBƏRLƏR