“Qarabağ” Ağdama yola düşüb.
AZXEBER.COM-un məlumatına görə, premyerliqanın final mərhələsinin 2-ci turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ”, Ağdama gedib. Bu gün Bakıda məşq edən Ağdamlılar, günorta yeməyindən sonra yola düşüb. “Qarabağ” bu gün Quzanlıda istirahət edəcək. Sabah isə 1 saatlıq yüngül məşqlə kifayətlənəcək. “Qarabağ”ımızın heyətində itki yoxdur.
Qeyd edək ki, martın 18-də baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu 15:00-da start götürəcək.
Ozal İbrahimli