Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?

Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?
SOSİAL
15:01 26.04.2024
923
"Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2023-cü il tarixli sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış universitetdə dərslər 2024-cü ul 15 sentyabr tarixindən başlanacaq".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Xankəndidə yerləşən Qarabağ Universitetinin yenidən bərpa olunmasından danışarkən deyib.

 

Deputat əlavə edib ki, bu təhsil müəssisəsi ilk dəfə 1969-cu ildə təsis olunub:
 
"Ümumiyyətlə, bu universitet tarixən orada mövcud olub. Xankəndidə bu təhsil müəssisəsi 1969-cu ildə ilk ali təhsil müəssisəsi olan Azərbaycan Pedaqoji İnstitutu kimi qurulub. Sonradan 1973-88-ci illər arası təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Erməni vandallarının Qarabağı işğal etdiyi dövrdə isə fəaliyyətini dayandırıb. Bilirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetində 2024-cü ilin fevral qərarı ilə həmin Qarabağ Universitetinin nizamnaməsi də təsdiq olunub. Universitet özündə təbii olaraq simvolik məna daşıyır. Qarabağ İqtisadi rayonunun ən böyük şəhəri Xankəndidə yerləşən və Qarabağ adıyla mövcud olan bu universitet əvvəla dünyaya bir mesaj verir.
 
Qarabağ Universiteti Azərbaycanın elmə, təhsilə verdiyi dəyəri özündə əks etdirir və işğaldan azad edilmiş bölgələrimizdə yaşayış, insanların həyatı ən vacib şəkildə təmin olunur. Yekunda, orta məktəblər, kolleclər və ali təhsil müəssisələri də mövcud olmalıdır. Belə ki, Xankəndi də bu cür əzəmətli təhsil ocağının olması hər birimizi qürurlandırır. İlkin olaraq Xankəndidə 800 min tələbənin təhsil alması planlaşdırılır. Orada əsas tədris və idarəetmə heyətinin daimi məskunlaşması nəzərdə tutulur. Onlar ən azı 30-40 nəfərdən ibarət olacaq. Universitetə təbii olaraq professor-akademik müəllim heyətlərindən ibarəd qrupla da intensiv surətdə səfərlər təşkil olunacaq. Bu formada tədrisin təşkili də müşahidə olunacaq. 
 
Millət vəkili qeyd edib ki, Qarabağ universitetində müasir tələblərin imkanlarına cavab verən, iş bazarında tələb olunan işlər üzrə ixtisaslar mövcud olacaq:
 
"Düşünürük ki, Xankəndidəki Qarabağ Universitetində ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat, informatika müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, komputer mühəndisliyi, şəhərsalma və inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, rəqəmsal media və kommunikasiya, beynəlxalq ticarət və logistika, maliyyə, marketinq, menecment, turizm işinin təşkili, turizm bələdçiliyi və s. kimi ixtisaslar mövcud olacaq. Qeyd etdiyimiz ixtisaslar da hazırda iş bazarında tələb olunan işlər üçün kadrlar hazırlanmasını özündə ehtiva edir. Bu da çox vacib məsələlərdən biridir. Qürurumuz olan Qarabağ və onun ən füsunkar şəhəri olan Xankəndidə universitetin yerləşməsi, orada tələbələrin təhsil alması həyatı daha firavan edir. Bura böyük tələbə şəhərciyi olacaq. Hesab edirik ki, bütün bölgələrimiz kimi Qarabağ, xüsusən də Xankəndi Azərbaycanın ən gözəl şəhəri kimi inkişaf edəcək, böyüyəcək, gözəlləşəcək və orada insanlarımız komfort şəkildə yaşayacaq və təhsil alacaq.
 
Xankəndidəki Qarabağ Universitetindən danışan təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a bildirib ki, bu ildən Qarabağ Universitetinə qəbul həyata keçiriləcək:

 

"Müvafiq olaraq bu ildən etibarən Xankəndidə yerləşən Qarabağ Universitetinə qəbul həyata keçiriləcək. Bu qəbul əsasən bakalavr pilləsinə qəbul kimi səciyyələnir. Hələ ki, magistratura pilləsinə qəbul bu il üçün nəzərdə tutulmur. Bakalavr pilləsinə qəbulda isə bütün ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək. Yalnız tibb ixtisası istiqamətində qəbul müşahidə edilmir. Yerdə qalan bütün ixtisasların qəbulu mümkün olacaq. Əlbəttə, bu öz mövqeyində çox böyük məna kəsb edir. Bizim tələbələrimiz neçə illərdir ki, həmin universitetdə təhsil ala bilmirdilər. İşğal dövründə ermənilər bu universitetlə bağlı öz bildikləri kimi rəftar edirdilər. Amma hazırda cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında həmin universitetin fəaliyyəti bərpa olundu. Bu ildən də min tələbənin oraya qəbulu nəzərdə tutulub".
 
Ekspert qeyd edib ki, bu universitetdə dərs deyən müəllim heyəti də peşəkar və yüksək ixtisaslı kadrlar olacaq:
 
"Əlbəttə ki, həmin universitetdə dərs deyən professor-müəllim heyəti yüksək ixtisaslı kadrlar olacaq, eyni zamanda idarəetmə istiqaməti üzrə peşəkar kadrların Xankəndi Universitetinə cəlb olunması nəzərdə tutulur. Keçid balları isə universitetdə deməzdim ki, aşağı formalaşacaq. Təxminən orta və yuxarı balların formalaşmasını gözləyirik".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı