‘Qarabağ’ Almaniyaya uça bilmədi

İDMAN
14:33 27.08.2013
1267

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın bu gün Almaniyaya nəzərdə tutulan səfəri təxirə salınıb.

Trend-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna Almaniya hava yollarının bugünkü çarter reysinə icazə verməməsi səbəb olub. Bu səbəbdən "Qarabağ" klubu Frankfurt şəhərinə sabah yola düşəcək.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR