"Qarabağ" AvroLiqada ilk oyuna çıxır - Matç saatı

"Qarabağ" AvroLiqada ilk oyuna çıxır - Matç saatı
İDMAN
08:29 09.07.2026
171
Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ” klubu ilk oyuna çıxır.

AZXEBER.COM  xəbər verir ki, bu gün - iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

"Qarabağ” İslandiyanın "Vestri” komandası ilə qarşılaşacaq.

Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR