"Qarabağ" "Ayaks"la oyunda meydanda 9 nəfərlə qalıb

İDMAN
22:35 24.10.2024
222

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.

Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.

OXŞAR XƏBƏRLƏR