“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub

“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub
İDMAN
12:10 12.04.2025
206
"Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turunun "Səbail”lə matçına təsadüf edib.

Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb.

Ağdam klubu 1600-cü qolunu 955-ci matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.

"Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.

Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də "İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə "Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.
OXŞAR XƏBƏRLƏR