“Qarabağ” belçikalı futbolçu transfer etdi

“Qarabağ” belçikalı futbolçu transfer etdi
İDMAN
21:59 15.07.2019
8778
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ” üçüncü transferini reallaşdırıb.

Ağdam komandası Belçika doğumlu Faysal Rerrası heyətinə qatıb. 

Əslən Mərakeşdən olan sol cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb. O, komandanı tərk edən haitili Donald Qeryenin yerinə transfer edilib.

26 yaşlı müdafiəçi əvvəl Belçikanın "Vize”, "Sent-Trüyden”, "Mexelen”, eləcə də, Şotlandiyanın "Harts” və "Haybernian” klublarında çıxış edib. Onun sonuncu klubu Fransanın "Bezye” klubu olub.

O, Mərakeş millisi ilə bir oyun keçirilib. Bu, 2016-cı ilin avqustunda Albaniya ilə qolsuz başa çatan yoldaşlıq oyunu olub.
///oxu.az
OXŞAR XƏBƏRLƏR