Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida və yanacağa ehtiyaclarının olduğunu bildiriblər

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida və yanacağa ehtiyaclarının olduğunu bildiriblər
SİYASƏT
16:04 21.09.2023
94
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyiblər.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
OXŞAR XƏBƏRLƏR