"Qarabağ" bu gün qalib gəlsə, 25 milyon manat qazanacaq

İDMAN
14:43 23.08.2022
647
UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, Avropanın futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb. Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edənlər, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasının payına düşəcək – 2 milyard 32 milyon avro.
 
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” play-off mərhələsində "Viktoriya"nı üstələsə 15,64 milyon avro (25 milyon manat) əldə edəcək.
 
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri bu mərhələyə qədər UEFA-dan 5 milyon avro qazanıb. 
 

 

OXŞAR XƏBƏRLƏR