""Qarabağ” bu gün rəqibi tapdalayıb keçəcək” - Aqil Abbas

""Qarabağ” bu gün rəqibi tapdalayıb keçəcək” - Aqil Abbas
İDMAN
13:03 28.08.2024
278
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zagreb" ilə cavab oyununa çıxacaq.

Oyunla bağlı AZXEBER.COM-a açıqlama verən tanınmış yazıçı, "Qarabağ”ın ən çılğın azarkeşlərindən olan Aqil Abbas öz təxminlərini bildirib.
 
O, açıqlamasında "Qarabağ"ın mütləq qalibiyyət əldə edəcəyini bildirib:
 
"Oyunla bağlı heç bir narahatçılığım yoxdur. Yüz faiz əminəm ki, "Qarabağ" bu oyunda qalib gələcək. Komandamız bu oyunda rəqibi  tapdalayıb keçəcək. Hesab təxminim isə 3 qoldan daha artığıdır. Biz ən azı 4:0 qalib gəlməliyik. Onu bilirəm ki, biz qalib gələcəyik. Qələbə bizimdir.
 
Aqil Abbas maçı evdən izləyəcəyini də deyib:                               
 
"Seçkilərlə bağlı seçicilərlə görüşəcəyim üçün futbolu stadiondan yox, evdən izləyəcəyəm".

Qeyd edək ki, görüş saat 20:45-də başlayacaq.

Oksana Orucova

OXŞAR XƏBƏRLƏR