'Qarabağ' çempionluq yolunda büdrədi - VİDEO

İDMAN
11:04 13.03.2013
1075
Topaz Premyer Liqasının 23-cü turunda “Simurq” doğma meydanda “Qarabağ”la qarşılaşıb.AZXEBER.COM-un PFL-ə istinadən verdiyi xəbərə görə, rəqibini 1-0 hesabı ilə məğub edən Zaqatala təmsilçisinin qələbə topunu Rəşad Eyyubov vurub.“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyunu şərh edərkən bunları deyib: “Gözəl oyun oldu. İlk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. Qırmızı vərəqə daha çox “Simurq” klubunun işinə yaradı, çünki, müdafiəyə çəkilib daha diqqətli oynamağa başladılar. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq”.“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze komandasının əzmkar oyunundan razı qaldığını bildirib: “Oyuna yaxşı hazırlaşmışdıq, futbolçular əzmkar oyun göstərdi. Bu əzmkar oyun bizə qələbə qazandırdı. Komanda bütün tapşırıqları düzgün yerinə yetirdi”.

OXŞAR XƏBƏRLƏR