"Qarabağ" DÇ-2026-da iştirak etmiş futbolçunu transfer edir

"Qarabağ" DÇ-2026-da iştirak etmiş futbolçunu transfer edir
İDMAN
10:32 12.07.2026
217
"Qarabağ” yaxın vaxtlarda Serbiyanın "Partizan” klubunun müdafiəçisi Nihad Mujakiçin transferini rəsmən açıqlaya bilər.

Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Məlumata görə, klublar bosniyalı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün detalları razılaşdırıblar. "Sportski zurnal” nəşrinin iddiasına əsasən, Belqrad təmsilçisi futbolçunu satmağa məcbur qalıb. Buna səbəb klubun 28 yaşlı oyunçunun aylıq 40 min avro məvacibini ödəməkdə çətinlik çəkməsidir.

Bildirilib ki, Ağdam klubu "Partizan”a bu transfer üçün bir neçə yüz min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan və DÇ-2026-da iştirak edən Mujakiç ötən mövsümü icarə əsasında Türkiyənin "Qaziantep” klubunda keçirib.
 
///qol.az
OXŞAR XƏBƏRLƏR