Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub – FOTO

Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub – FOTO
SOSİAL
18:18 30.09.2022
218
Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.
 
Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunması olub.

Forumda iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.

İşğaldan azad edilən ərazilərdə dağıntıların miqyasının həddindən artıq böyük olduğunu deyən Rəhman Hacıyev erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ekologiyaya dəyən zərər haqqında ətraflı məlumat verib.

Rəhman Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır:

"Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır”.

Bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı tətbiq etdiyi ikili standartların bu gün də davam etdiyini təəssüf hissi ilə qeyd edən Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərini Azərbaycan dost və tərəfdaş ölkərin yaxından dəstəyi ilə öz imkanları hesabına gerçəkləşdirir.

İdarə Heyətinin sədri işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, cəmiyyətin bütün üzvləri arasında həmrəyliyin təmin olunmasının rolunu xüsusi vurğulayıb, eyni zamanda bu sahədə dünya təcrübəsindən danışıb.

Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, Fondunun fəaliyyətinin 2022-2025-ci illər əhatə edən strateji istiqamətləri, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya keçirilib, bir sıra sənədlər imzalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU