“Qarabağ” – “Dnepr” oyununa biletlər satışa çıxarıldı

İDMAN
10:14 03.11.2014
1113

“Holoqramı olmayan biletlər etibarsız sayılacaq”.

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” futbol komandası Ukraynanın “Dnepr” komandası ilə qarşılaşacaq.

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun bildirdiyinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda biletlər artıq bu gündən satışa çıxarılıb.

Klub nümayəndəsi qeyd edib ki, azarkeşlərisaxta biletlərdən qorumaq üçün “Qarabağ” – “Dnepr” oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək“Qarabağ” -“Dnepr” oyunu saat 21:00-da başlayacaq.//oxu.az

OXŞAR XƏBƏRLƏR