"Qarabağ”ın Çempionlar Liqasında "Çelsi” ilə keçirəcəyi oyuna bilet satışları davam edir.
AZXEBER.COM Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 27.250 bilet satılıb.
Klubun açıqlamasında qeyd olunub ki, biletlər məhdud saydadır və yalnız iTicket.az saytından və mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
Biletlərin qiyməti adi sektorlar üçün 10, 15, 25, 35, 40, 50 və 75 manat, VIP yerlər üçün 200–400 manat, VVIP sektorlar üçün isə 1000 manat təşkil edir.
Qeyd edək ki, "Qarabağ” – "Çelsi” oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Zəfər Hacılı









































