"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
İDMAN
10:10 10.07.2019
4225
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

AZXEBER.COM qol.az xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verəcək. Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olacaq. Ağdam klubu ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Holvardur Arnason (İslandiya)
Tirana, "Selman Stermazi" stadionu
OXŞAR XƏBƏRLƏR