“Qarabağ” Çempionlar Liqasının ən bahalı klublarının – Reytinqində

“Qarabağ” Çempionlar Liqasının ən bahalı klublarının – Reytinqində
İDMAN
11:13 12.09.2017
1052

2017/2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətindəki futbolçuların ümumi dəyəri açıqlanıb. 

Bu məbləğ 9,3 milyard avro təşkil edir.

Turnirin ən dəyərli komandası İspaniya təmsilçisi "Real Madrid”dir. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu "Barselona”dır - 706,5 milyon avro.

1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi "Qarabağ”la birgə yer alan İngiltərə çempionu "Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.

Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya "Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.

Türkiyə təmsilçisi "Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa "Monako”su 252,9 milyon, Almaniyanın "Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın "Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.

ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan "Barselona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur.  Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.

İkinci sıradakı "Real Madrid”in futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir.

2017/2018 mövsümünün 8 qrupunun ümumi dəyəri aşağıda kimidir:

A qrupu: "Benfika” (Portuqaliya), "Mançester Yunayted” (İngiltərə), "Bazel” (İsveçrə), MOİK (Rusiya) - 860,4 milyon avro

B qrupu: "Bavariya” (Almaniya), PSJ (Fransa), "Anderlext” (Belçika), "Seltik” (Şotlandiya) - 1,25 milyard avro

C qrupu: "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya), "Roma” (İtaliya), "Qarabağ” (AZƏRBAYCAN) - 1,46 milyard avro

D qrupu: "Yuventus” (İtaliya), "Barselona” (İspaniya), "Olimpiakos” (Yunanıstan), "Sportinq” (Portuqaliya) - 1,47 milyard avro

E qrupu: "Spartak” (Rusiya), "Sevilya” (İspaniya), "Liverpul” (İngiltərə), "Maribor” (Sloveniya) - 800,6 milyon avro

F qrupu: "Şaxtyor” (Ukrayna), "Mançester Siti” (İngiltərə), "Napoli” (İtaliya), "Feyenoord” (Hollandiya) - 1,13 milyard avro

G qrupu: "Monako” (Fransa), "Portu” (Portuqaliya), "Beşiktaş” (Türkiyə), "Leyptsiq” (Almaniya) - 744 milyon avro

H qrupu: "Real Madrid” (İspaniya), "Borussiya” (Dortmund, Almaniya), "Tottenhem” (İngiltərə), APOEL (Kipr) - 1,64 milyard avro

///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib