"Qarabağ" enişdə deyil" - Qara Qarayev

"Qarabağ" enişdə deyil" - Qara Qarayev
İDMAN
22:26 28.10.2018
5064
"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqasının 9-cu turunda "Neftçi"yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi əvvəlcə məğllubiyyətin səbəblərindən danışıb.

-  Xüsusi səbəb demək istəməzdim. Çalışdıq ki, yaxşı oynayaq. İlk hissədə də, fasilədən sonra da bizim imkanlarımız daha çox oldu. Oyuna nəzarət etdik, ancaq daha vacib olan qoldur. Bunu da rəqib vurdu. 3 tutarlı əks-hücumdan istifadə etdilər. Danışacaq çox şey yoxdur. Düşünürəm ki, bugünkü atmosfer futbolumuz adına çox yaxşıdır. Hər iki komandanın azarkeşlərinə təşəkkür düşür. Oyunun belə maraqlı alınmasında onların da rolu böyük oldu.

- Üstünlük sizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdiniz.

-  İstər çempionat olsun, istər avrokuboklar - son vaxtlar oyunlarda nəzarət edən, qapıya daha çox zərbə endirən bizik. Düşünmürəm ki, az imkan yaradırıq. Bu gün də elə ilk hissədə Emeqaranın qaçırdığı epizod var idi, Slavçevin zərbəsi dirəyə dəydi və s. Sadəcə, qol vurmuruq deyə, bunlar nəzərə çarpmır.

- Gözlənilirdi ki, "Neftçi" əks hücumlara üstünlük verəcək. Düşündüyünüz oldu?

-  Rəqibin qolları zamanı ani çaşqınlıqlar olmadı. Düşünülmüş şəkildə belə oynayırdılar. Ümidlərini əks-hücumlara bağlamışdılar. İstəklərinə də çatdılar. İlk hissədəki qol epizodlarında futbolçularımız 1-2 addım geri və ya irəli olsaydı, qarşısını ala bilərdik. Bunu gözləyirdik. Çalışırdıq ki, qarşısını alaq, onlar da daha yaxşı hücum etmək istəyirdilər.

-  Yakub Jezniçak start heyətdə idi və çox zəif oyun keçirdi. O, məşqlərə ciddi yanaşır?

-  O, çox çalışqandır. 32 yaşı olmasına baxmayaraq, məşqlərdə də çox çalışır. Ola bilər ki, hansısa oyunu zəif keçirsin. Ancaq bu, o demək deyil ki, zəifləyib, yaxud fiziki formasında problem var. Ondan örnək götürüləsi şeylər çoxdur. Əsas oyunçularımızdan biridir.

- Razısan ki, bu il çempionluq yarışı daha çətin keçəcək?

-  "Qarabağ" bu il 3 fərqli yarışda mübarizə aparır. Bu da, təbii ki, hansısa oyunlara təsir edir. Bəhanə deyil, amma bəzən həqiqətən də, turnirləri bölüşdürmək çətin olur. 3 gündən sonra yenə oyunumuz var. Həm bu problem, həm də avrokubok və çempionatda bəzi oyunlarda istənilən nəticələrin olmaması motivasiya cəhətdən çətinlik yaradır. Doğru yoldayıq.  Nəticə bu gün ola bilər ki, olmasın, sabah da olmasın, amma biz əminik ki, düzgün istiqamətdəyik.

-  "Səbail"lə texniki məğlubiyyəti çıxsaq, komanda 2 oyundur uduzur. Bunu eniş adlandırmaq olar?

-  "Səbail"lə oyunun ədalətli nəticəsi odur ki, qələbə qazanmışıq. Sadəcə, protokoldakı bir cümləyə görə uduzduq. "Vorskla" ilə avrokubok oyununda da üstün olan biz idik.  Çempionatda ikinciyik, Avropa Liqasında qrupda oynayırıq. Bu, "Qarabağ"ın adına eniş deyil. İndi ikinci yerdə olmağımız bizi narahat etmir. Yetərincə vaxtımız var. Qalibiyyətlər hələ qabaqdadır. Azarkeşlərimiz də yanımızdadır. Düşünürəm ki, "Qarabağ" adı daha yüksəklərdə olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”