"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün bütün biletlər satılıb

"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün bütün biletlər satılıb
İDMAN
18:38 03.08.2022
256
Bakıda "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün biletlər tükənib.

AZXEBER.COM "Iticket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılmış bütün biletlər alınıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.
OXŞAR XƏBƏRLƏR