"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər - FOTOLAR

"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər - FOTOLAR
İDMAN
18:21 23.11.2025
125
"Qarabağ" futbol klubunun üzvləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçı üçün İtaliyaya yola düşüblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-a keçən gecə, saat 00:00-da Neapolun "Dieqo Armando Maradona" stadionunda keçiriləcək.

Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü yerdədir.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR