"Qarabağ həmişə Azərbaycanın olub" - Paşinyan

"Qarabağ həmişə Azərbaycanın olub" - Paşinyan
DÜNYA
15:19 19.03.2026
234

"Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub. Ermənistan bunu etiraf etsə də, gizli saxlayıb”.  

AZXEBER.COM xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.

Paşinyan bildirib ki, iki gün əvvəl İrəvan Şəhərsalma Komitəsinin rəhbəri ona bir neçə il əvvəl baş vermiş əvvəlki köçürmə prosesi ilə bağlı hökumət sənədlərini təqdim edib.

"Bu sənədlərdə Ermənistanın şərqindəki sərhəd, paraflanmış sülh müqaviləsində qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi kimi göstərilib. Bu, Ermənistan hökumətinin rəsmi sənədidir”, – baş nazir bildirib.

O hesab edir ki, 1996-cı il Lissabon Zirvə Görüşü də daxil olmaqla, bu reallıq uzun müddət Ermənistan və Qarabağ əhalisindən gizlədilib. Onun sözlərinə görə, bu sənədlər artıq dərc olunub.

Paşinyan həmçinin bu siyasətin məqsədinin Ermənistanın müstəqilliyinin qarşısını almaq olduğunu bildirib. O, buna görə keçmiş prezidentlər Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı günahlandırıb.

OXŞAR XƏBƏRLƏR