Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə

Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə
SOSİAL
19:35 08.10.2021
283
Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə
Bu yaxınlarda Balkan ölkələrinin bir qrup jurnalisti Azərbaycanda səfərdə olub.

AZXEBER.COM  xəbər verir ki, media nümayəndələri bir sıra məqalə və reportajlar hazırlayıblar.

Bosniyalı jurnalistlər Adis Delikoviç və Emir Morina hazırladıqları iki reportajdan birini - Qarabağla bağlı 30 dəqiqəlik filmi sentyabrın 21-də Bosniya İctimai Kanalının (BHRT) praym-taymında (saat 20.00) təqdim ediblər. Filmdə Qarabağ münaqişəsinin tarixi, ötənilki müharibə və Azərbaycan Ordusunun uğurları, həmçinin erməni tərəfin vandalizm aktları və mülki əhaliyə hücumları geniş şəkildə əks etdirilib. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin də fikirlərinə yer verilib.

Eyni zamanda bu yaxınlarda Azərbaycana səfər etmiş jurnalist Boyan Stoykovskinin Qarabağla bağlı məqaləsi Şimali Makedoniyanın MKD.mk saytında dərc olunub. Münaqişədən sonra Qarabağın dirçəldilməsi, minalardan təmizlənməsi, köçkünlərin qaytarılması planlarına toxunan müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalist Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar daha bir geniş, ingilisdilli məqaləsi Balkan regionu ilə bağlı ən böyük mətbu orqanlardan sayılan "Balkan Insight”da yayımlanıb. Qeyd edək ki, "Balkan Insight” "Facebook”da 100 minə, "Tvitter”də 60 minə yaxın izləyiciyə malikdir. Həmçinin Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar digər yazısı da işıq üzü görüb. Bundan başqa, Boyan Stoykovskinin "Zdnet” üçün yazdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yeni texnologiyalar və innovasiyalar əsasında rekonstruksiyası ("ağıllı yaşayış məntəqələri") barəsində məqaləsi eyni platformanın fransızdilli versiyasında da yayımlanıb. Bu səhifənin "Facebook” platformasında 44 minə, "Tvitter”də 60 minə yaxın izləyicisi var.

Bosniya İctimai Kanalının radio efirindəki "Ino magazin” proqramının qonağı müxbir Adis Delikoviç olub və proqramın bir hissəsi onun Azərbaycanla bağlı təəssüratlarına həsr olunub. Adis Azərbaycanda olduğu 7 gün müddətində hazırladığı videoreportaj barədə danışıb, ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən söz açıb. O bildirib ki, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq öz torpaqlarını Ermənistandan geri ala bilib. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 90-cı illərdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının qaçqına çevrildiyini bildirib. Adis Şuşanın işğaldan azad olunması əməliyyatına da toxunub. İşğaldan azad olunan torpaqların tamamilə dağılmış olduğunu, Azərbaycanın hazırda böyük rekonstruksiya işləri həyata keçirdiyini qeyd edən müxbir səfər təəssüratlarını danışdıqdan sonra proqram Azərbaycan mahnısı ilə bitib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı