“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib

“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
SOSİAL
17:24 15.10.2026
128
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə "Rebuild Garabagh 2026” sərgisi çərçivəsində "Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, 15 oktyabr 2026-cı il tarixində təşkil olunan görüşdə millət vəkili Hikmət Babaoğlu, "ASAN Radio və TV"nin direktoru Emin Musavi, Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, "ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, Texnologiya və innovasiya üzrə mütəxəssis Fərid Pərdəşünas iştirak ediblər.

Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə rəqəmsal medianın Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsində rolu diqqət mərkəzində olub. Bu məlumatların emosional pafosdan uzaq, faktlara əsaslanan və təsirli məzmun vasitəsilə təqdim edilməsi, Qarabağda aparılan bərpa-quruculuq işləri və regionda yaranan yeni reallıqlar barədə informasiyanın qlobal informasiya məkanında daha geniş yayılması yolları müzakirə edilib. Eyni zamanda, tarixi faktların və bərpa prosesinə dair məlumatların uzunmüddətli rəqəmsal arxivlərdə qorunmasının əhəmiyyəti vurğulanıb.

Paneldə dezinformasiya və məqsədli informasiya hücumlarına qarşı mübarizə, xəbərlərin operativliyi ilə dəqiqliyi arasında balansın qorunması, məlumatların yoxlanılması və peşəkar jurnalistikanın etik prinsiplərinə riayət edilməsi məsələlərinə toxunulub. Bu istiqamətdə jurnalistlərin faktları yoxlama bacarıqlarının və cəmiyyətin media savadlılığının artırılması, media azadlığı, dövlət maraqları və informasiya təhlükəsizliyi arasında tarazlığın təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Süni intellektin media fəaliyyətinə təsiri də müzakirə mövzularından olub. Rəqəmsal platformalarda alqoritmlərin şəffaflığı, auditoriyanın manipulyasiyadan qorunması, saxta foto, video və səs materiallarının, o cümlədən deepfake məzmunların aşkarlanması və media mənbələrinə ictimai inamın qorunması üçün müasir yoxlama mexanizmlərinin tətbiqinin vacibliyi qeyd edilib.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
18:20 15.10.2026
Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
Dağıstan Respublikasına yeni rəhbər seçilib
17:59 15.10.2026
Dağıstan Respublikasına yeni rəhbər seçilib
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
17:58 15.10.2026
“Trendyol” və “Temu”da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
17:42 15.10.2026
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
17:38 15.10.2026
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edildi
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
17:32 15.10.2026
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
17:24 15.10.2026
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
17:23 15.10.2026
Xankəndidə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
17:21 15.10.2026
Bakıda 8 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
17:16 15.10.2026
Təbrik gözləyənlər, unudulanlar, məyus olanlar… – Doğum günlərinin görünməyən üzü
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
17:04 15.10.2026
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
17:03 15.10.2026
Yuxusuzluq hansı ciddi xəstəliklərin əlaməti ola bilər? - XƏBƏRDARLIQ
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
16:35 15.10.2026
Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
Bakı Bəyannaməsi qəbul edildi
16:26 15.10.2026
Bakı Bəyannaməsi qəbul edildi
İlham Əliyev Hakan Fidanı qəbul etdi
16:22 15.10.2026
İlham Əliyev Hakan Fidanı qəbul etdi
Səbətə atanda qiymət artır: Onlayn alış-verişdə alıcılar aldadılır?
16:22 15.10.2026
Səbətə atanda qiymət artır: Onlayn alış-verişdə alıcılar aldadılır?