"Qarabağ" ikinci transferini açıqladı: milli üzvü gəldi

"Qarabağ" ikinci transferini açıqladı: milli üzvü gəldi
İDMAN
19:39 02.06.2018
7302
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib. 

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15 mövsümündə "Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında "Səbail”ə keçib. Rahil Məmmədov "Neftçi” formasıyla 43, "Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.

OXŞAR XƏBƏRLƏR