"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.
AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.










































