Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.
"Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.
Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşdürürlər.
Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.