"Qarabağ" "İnter"lə oyuna belə hazırlaşır - FOTOLAR
İDMAN
12:19 02.10.2014
1432
Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasındakı "İnter"lə oyun üçün son məşqini keçirib.AZXEBER.COM-un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsində "İnter"in qonağı olacaq komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Dünən oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq edən komanda hazırlıqları bitirib.Komandamız dünən yerli vaxtla 19:30-da (Bakı vaxtıyla 22:30-da) məşqə çıxıb. Məşq 1 saat davam edib. Çalışmada İtaliyaya aparılan 22 futbolçunun hamısı iştirak edib.Artıq oteldə olan komandamız oyun saatını gözləyir.Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu Bakı vaxtıyla 00:05-də start götürəcək.