"Qarabağ": "İsrail klubu ilə eyni qrupda yer almaqdan qürur duyuruq"

"Qarabağ": "İsrail klubu ilə eyni qrupda yer almaqdan qürur duyuruq"
İDMAN
19:37 02.10.2020
1131

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda qarşılaşacaqları İsrailin "Makkabi" klubuna müraciət ünvanlayıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

Paylaşımda "Hər zaman ərazi bütövlüyümuzu dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq" yazılıb. 

Qeyd edək ki, "Qarabağ" "Makkabi" ilə yanaşı, Türkiyənin "Sivaspor" və İspaniyanın "Vilyarreal" klubları ilə eyni qrupda mübarizə aparacaq.  

OXŞAR XƏBƏRLƏR