"Qarabağ" klubu azarkeşlərə müraciət etdi

"Qarabağ" klubu azarkeşlərə müraciət etdi
İDMAN
19:39 12.08.2021
1057
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, tərəfdarlara görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.

"Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik", - müraciətdə bildirilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. ilk oyunda qalib müəyyənləşməyib.
OXŞAR XƏBƏRLƏR