"Qarabağ" liderliyə yüksəldi

İDMAN
10:30 08.12.2012
1184
Topaz Premyer Liqasının 16-cı turuna “Qarabağ” – “Kəpəz” oyunu ilə start verildi. Rəqibini 3-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirdi. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçiləri oyun haqda fikirlərini bildiriblər: Mehman Hacıyev, “Kəpəz” klubunun məşqçisi: “Ölkənin ən güclü komandasına qarşı oynadıq. Ustalıq səviyyəsində rəqibə uduzduq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm”. Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bu mövsüm “Kəpəz”lə artıq üçüncü dəfədir ki, qarşılaşırıq. Bu, bizim ilk qələbəmiz oldu. Rəqibimizdə müəyyən problemlər olduğundan əsasən gənc futbolçulara güvənmişdi. İnanıram ki, Mahmud Qurbanov komandanı dirçəldə biləcək. Qış fasiləsinədək iki vacib oyunumuz qalıb, gücümüzü toparlayıb bu oyunlara yaxşı hazırlaşmağa çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR