"Qarabağ" "Linkoln"la qarşılaşacaq

İDMAN
09:25 30.07.2024
131
Bu gün UEFA Çempionlar Liqasıında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 

AZXEBER.COM xəbər verir ki, çempionumuz Bakıda Cəbəllütariq çempionu "Linkoln"u qəbul edəcək. Səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cütün taleyini böyük ölçüdə həll edib.

"Qarabağ" növbəti mərhələdə "Dinamo" (Minsk) - "Ludoqorets" (Razqrad) cütünün qalibi ilə üz-üzə gələcək. Bolqarıstan çempionu ilk qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR