"Qarabağ muğam məktəbi yoxdur və olmayıb" - xalq artisti

"Qarabağ muğam məktəbi yoxdur və olmayıb" - xalq artisti
MAQAZİN
20:10 25.04.2018
4477
"Qarabağ muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır"

AZXEBER.COM xəbər verir ki, bunu ölkə.az-a müsahibəsində xalq artisti Ağadadaş Ağayev səsləndirib. Müğənni bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".

A.Ağayev bildirib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:

"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".
OXŞAR XƏBƏRLƏR