Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov

Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov
SİYASƏT
12:22 19.06.2021
495
Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir:

"Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".
OXŞAR XƏBƏRLƏR