Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdur

Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdur
SİYASƏT
12:55 03.11.2022
443
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Müzakirə zamanı möhtərəm Prezientimiz cənab İlham Əliyev qeyd edib ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. 
Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində bu görüş xüsusi əhəmiyyət kəsb edirdi. Paşinyan başda olmaqla Ermənistan tərəfi görüşə hazırlıqlı gələrək sözügedən görüşdən konkret nəticələrlə geri dönəcəklərini düşünürdülər. Lakin möhtərəm  Prezidentimiz cənab  İlham Əliyev iradəsini və mövqeyini ortaya qoymaqla növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi. Görüşün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatdan da açıq görünür ki, bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsidir.
Soçi görüşündə çox mühüm açıqlamaların olduğu həmçinin, ölkə başçısının "Qarabağ məsələsi artıq tarixdir” fikri məsələnin bitdiyinə dair bir mesajdır.
"Azərbaycan 44 günlük müharibədən sonra bu səhifəni artıq qapatdı. Hazırkı əsas mövzu Azərbaycan və Ermənistan  arasındakı əlaqələrdir. Rəsmi Bakı artıq 5 prinsipdən ibarət təklifini verib və bu təklif beynəlxalq hüquq normalarına əsaslanır. Vasitəçilik etmək istəyən bütün ölkə və qurumlar bu prinsipləri qəbul edib. Bu səbəblə də gələcəkdəki danışıqlar sırf  həmin mövzuda olmalıdır. Ermənistan yaxın müddətdə Azərbaycanın təklifləri əsasında sülh müqaviləsini imzalamalı, sərhədlərin delimitasiyası  və  nəqliyyat  kommunikasiyalarının açılması məsələsini həll etməlidir. Çünki regiona sabitliyin gətirilməsi və Ermənistanın bir dövlət kimi öz mövcudluğunu qoruması bundan asılıdır".
Qərblə Rusiya arasında rəqabət bölgədə müharibəni tətikləyir, ona görə də Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan məsələləri özləri öz aralarında həll etməlidirlər. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. İki il bundan əvvəl imzalanmış və münaqişəyə son qoyan üçtərəfli bəyanatın tələbləri, müddəaları üzrə işlərin sürətləndirilməsi, Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip üzrə Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin zamanı yetişib, buna görə təmaslar ciddi rola malikdir.
Soçi görüşündə humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub: "Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır”.

Naftalan şəhər sakini Möhbbət Bədəlov

OXŞAR XƏBƏRLƏR