"Qarabağ" mövsümü "qızıl dubl"la başa vurdu

İDMAN
03:14 04.06.2015
1311
Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün son qarşılaşması Qəbələdə baş tutub.
Bu il XXIII dəfə sahibini tapacaq kubok uğrunda ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparıb.
Oyuna çox sürətli başlayan "Qarabağ" 5-ci dəqiqədə Reynaldonun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı açıb. Hissənin sonlarına yaxın ağdamlılar daha bir qol vuraraq fasiləyə iki top üstünlüklə yollanıblar. Bu dəfə də qolun müəllifi Reynaldo olub.
İkinci hissədə isə təzyiqi bir az artıran "Neftçi" sonradan oyuna daxil olan Ernest Nforun vurduğu qolla aradakı fərqi azalda bilib.
Ancaq, "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem fərqlənərək fərqi yenidən iki topa çatdırıb. Matç elə bu hesabla da sona yetib.
Beləliklə, 22 il aradan sonra "Qarabağ" yenidən "qızıl dubl"a imza atıb. Bu matç ağdamlılar üçün həm də 19 il öncə baş tutmuş final matçının revanşı kimi yadda qalıb.
Azərbaycan Kuboku
Final
“Qarabağ” – “Neftçi” - 3:1
Qol: Reynaldo, 5, 38, Muarem Muarem, 83 - Nfor, 77
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo, Muarem Muarem, Rəşad Sadıqov, Almeyda, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov, Cavid Tağıyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Hacı Əhmədov, Namiq Yusifov, Vüqar Nadirov, İlqar Qurbanov, Tural Rzayev
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: Aqil Məmmədov, Kardozo, Denis Silva, Araz Abdullayev, Elşən Abdullayev, Julius Vobay, Kanales, Erik Ramos, Kaue da Silva, Məqsəd İsayev, Elvin Bədəlov
Ehtiyat oyunçular: Saşa Stamenkoviç, Rahil Məmmədov, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Samir Məsimov, Emin Mehtiyev, Ernest Nfor
Baş məşqçi: Arif Əsədov
OXŞAR XƏBƏRLƏR