“Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verir

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verir
İDMAN
11:03 05.01.2024
256
"Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verir.

Ağdam klubundan AZXEBER.COM-a verilən məlumata görə, XVIII turun "Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.

Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. "Köhlən atlar” yanvarın 15-də "Zirə” ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ” doğma meydanda "Araz-Naxçıvan”ı sınağa çəkəcək.
OXŞAR XƏBƏRLƏR