"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, "Səbail"dən ilk qələbə

"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, "Səbail"dən ilk qələbə
İDMAN
23:29 26.08.2018
4661
Bu gün Azərbaycan Premyer Liqada 3-cü tura yekun vurulub.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Günün ilk matçında "Keşlə" "Səbail"i qəbul edib və 1:2 hesabı ilə uduzub.

Turun son oyununda isə əzəli rəqiblər - "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Neftçi" ilk pillədəki yerini qoruyub.

26 avqust (bazar)

20:30. "Qarabağ" - "Neftçi" - 1:1 

Qollar: Kvame Karikari, 28 (0:1), İnnosent Emeqara, 70 (1:1)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov

"Azersun Arena"

18:00. "Keşlə" - "Səbail" - 1:2

Qollar: Kevin Kupemba, 31 (0:1), 49 (0:2), Nikola Mitroviç, 76-pen (1:2)

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov

"ASK Arena"

25 avqust (şənbə)

Qəbələ" - "Sumqayıt" - 1:1

Qollar: Təmkin Xəlilzadə, 42-pen.(1:0), Yusif Nəbiyev, 90+2 (1:1)

Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")

"Zirə" - "Sabah" - 0:2

Qollar: Marko Deviç, 2, 30
OXŞAR XƏBƏRLƏR