“Qarabağ” “Nyukasl”ı məğlub edə bilərmi? - Ekspert danışdı

“Qarabağ” “Nyukasl”ı məğlub edə bilərmi? - Ekspert danışdı
İDMAN
15:59 30.01.2026
1412
Xəbər verdiyimiz kimi, "Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İngiltərənin "Nyukasl" klubu olacaq. 

İlk oyunlar 17-18 fevral, cavab görüşləri 24-25 fevral tarixlərində baş tutacaq. 

Qeyd edək ki, turnir cədvəlində daha aşağı pillə tutan "Qarabağ” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək.

Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, püşkatma bizim üçün uğurlu alındı:

"Püşkatma bizim üçün uğurlu oldu. "PSJ” ilə pley-off mərhələsinə qalmamaq çox yaxşıdır. Çünki "PSJ” oturuşmuş komandadır və Çempionlar Liqasının son qalibidir. Eyni zamanda, yüksək səviyyəli futbolçulara malikdir. "PSJ” ilə oynamağı demək olar ki, dünyanın heç bir komandası istəmir”.

Ekspert deyib ki, "Nyukasl” da zəif komanda deyil:

"”Nyukasl” sərt futbolu ilə yadda qalır. İngilis komandaları ilə oynamaqda çətinlik çəkirik, amma əgər Bakıda "Nyukasl” ilə oyunda yaxşı nəticə göstərsək, səfər matçında da ümidlərimizi saxlaya bilərik. "Qarabağ”ın "Nyukasl” üzərində qələbə qazanma şansı təxminən 35–40 faizdir. Rəqibin çox güclü olduğunu qəbul etmək lazımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR