“Qarabağ” onun adını ÇL-in iştirak ərizəsindən çıxardı

“Qarabağ” onun adını ÇL-in iştirak ərizəsindən çıxardı
İDMAN
11:09 06.02.2026
1765
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl”la qarşılaşacaq "Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

Bu barədə AZXEBER.COM-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yarımmüdafiəçi Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəz edib. 

Komandanın yeni transferi Jeremi Qnali isə iştirak ərizəsinə salınmayıb. 

Qeyd edək ki, "Qarabağ”la "Nyukasl” arasında ilk görüş fevralın 18-i saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-25-nə keçən gecə saat 00:00-da İngiltərədə oynanılacaq. 
OXŞAR XƏBƏRLƏR